SketchUp – 2024 və ALPLogo – 2024 müsabiqələri qaliblərinin mükafatlandırılması

İyunun 19 – da məktəbdə İnformatika dərsliyinin müəllifi, əməkdar müəllim, 283 nömrəli tam orta məktəbin informatika müəllimi Naidə İsayevanın təşkilatçılığı ilə AlPLogo proqramlaşdıma olimpiadası və "Ən yaxşı üçölçülü model" müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Fuad Babayev, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rahid Ələkbərli,  Balakən Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin direktor müavini, İnformatika dərsliyinin müəllifi İsmayıl Sadıqov, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin şöbə müdiri Əsgər Quliyev, Paşa Sığorta, İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Cəmşid Naxçıvanski, ADA Universitetinin, School of IT & Engineering  professor Mixayıl Medvedev,  Elm və Təhsil Nazirliyinin eksperti, İdrak liseyinin İnnovativ təhsil texnologiyalar departamentin rəhbəri Gülnarə Səlimova, Elm və Təhsil Nazirliyinin eksperti, 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədova, 276 nömrəli tam orta məktəbin informatika müəllimi Əlinazim Mahmudzadə, qaliblər və onların müəllimləri, mərkəz rəhbərləri iştirak edirdilər.

Tədbirdə məktəbin  6 – cı sinif şagirdləri C. Humay, X. Alimli – I yerə, A. Atilla – II yerə, R.Leyla – III yerə, V sinif şagirdi Rəsul Cəfərov – IV yerə layiq görülərək mükafatlandırılan qaliblər sırasında yer almışdır. Eyni zamanda məktəbin informatika müəllimləri Sahilə Muradova, Aynur Mürşüdova ALPLogo – 2024 proqramalşdırma olimpiadasına şagird hazırladığına görə sertifikatla təltif olundular.

Qalibləri və onların müəllimlərini təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi