Azərbaycanın görkəmli coğrafiyaşünas alimləri və səyyahları

28 fevral 2017 - ci il tarixində məktəbdə "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və sağlamlıq" istiqamətində "Azərbaycanın görkəmli coğrafiyaşünas alimləri və səyyahları" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Dövlət himninin səslənməsindən sonra, Vətən uğrunda candan keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Səməd Vurğunun "Azərbaycan" şeirinin sədaları altında Azərbaycan təbiətinin gözəlliyinə həsr olunmuş videorolik nümayiş etdirildi. Şagirdlər Azərbaycanın görkəmli coğrafiyaşünas alimləri, səyyahları - F.Təbrizi, N.Tusi, H.Z.Şirvani, Q.Gül, H.Zərdabi, H.Əliyev və başqalarının həyat və fəaliyyəti, coğrafiya elminin inkişafında xidmətləri, elmi məqalələri haqqında ətraflı məlumat verdilər. Görkəmli akademik, coğrafiyaşünas alim H.Əliyev haqqında video - material nümayiş etdirildi.Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə ətraflı və mükəmməl məlumatlara görə təşəkkür edərək, Azərbaycan etnoqrafiyasını, coğrafiyasını öyrənmək baxımından mütəmadi olaraq belə dəyirmi masaların, elmi konfrans və seminarların keçirilməsinin əhəmiyyətli olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi