Sağlamlığımızı qoruyaq

27 fevral 2017 – ci il tarixində məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqaməti üzrə “Sağlamlığımızı qoruyaq” mövzusunda dəyirmi masa keçirildi. Şagirdlərin hazırladığı “Öküz soliteri”, “Qara ciyər sorucusu”, “Exinokokk”, “Askarid qurdu”, “Bizquyruq qurdu” haqqında məlumatlar dəyirmi masa iştirakçılarına təqdim olundu. Məktəbin biologiya müəllimlərinin rəhbərliyi ilə yastı qurdların xalq təbabəti, kimyəvi dərmanlar və müasir aparatlarla müalicəsi üsulları araşdırıldı. Şagirdlər qurd xəstəliklərindən qorunmanın gigiyenik qaydalarından danışdılar. Sağlamlıqla bağlı şeirlər, hikmətli sözlər söylədilər, mahnılar oxudular.Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova “Sağlamlığımızı qoruyaq” mövzusunda keçirilən dəyirmi masanın qurd xəstəlikləri ilə mübarizə tədbirləri və gigiyenik qaydalara əməl olunması baxımından maarifləndirici rolunun əhəmiyyətli olduğunu bildirdi, tədbir iştirakçılarına sağlam yaşam tərzi arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi