"Xocalısız 25 il" adlı ümumməktəb tədbiri keçirildi

24 fevral 2017 - ci il tarixində "Xocalısız 25 il" adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər şagirdlər tərəfindən həm Azərbaycan, həm də ingilis dilində təqdim olundu. Şagirdlər tərəfindən hazırlanmış səhnəciklərdə, oxunan mahnı və şeirlərdə xocalıların başına gətirilən müsibətlər, vətənpərvərlik hissi əks olunurdu. İngilis dili müəllimi Səlimova Pərvanənin, ədəbiyyat müəllimi Məmmədova Ofelyanın səhnədə şagirdlərlə birlikdə rol alması bütün tədbir iştirakçılarını təsirləndirdi. Tədbirdə şagirdlərin hazırladıqları "Xocalıya gedən yol", "De, mənə, nə üçün?"( "Tell me Why?") kompozisiyaları maraqla qarşılandı. Şagirdlərin "Xocalı abidəsini" ziyarət etmələri ilə bağlı fraqmentlər nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova çıxış edərək "Xocalı faciəsi" ilə bağlı yaddaşında qalan xatirələrini bölüşdü. Şagirdlərin ingilis dilində etdikləri çıxışlara münasibət bildirən Tünzalə Həsən qızı Zeynalova Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu dili mükəmməl öyrənməyin əhəmiyyətini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi