İnsan təbiətin ali varlığıdır

24 fevral 2017 - ci il tarixində 6b sinfində Həyat bilgisi fənnindən "İnsan təbiətin ali varlığıdır" mövzusunda açıq dərs keçirildi. Tədqiqat sualı kimi günümüzün aktual mövzusu olan "İnsan təbiətə necə təsir edir?" ətrafında müzakirələr aparıldı.Tədqiqatın aparılması və informasiyanın müzakirəsi debat şəklində aparıldı. Müxtəlif slaydlar vasitəsilə şagirdlərin diqqəti insanların təbiətə vurduğu zərbələrə, bəşəriyyətin böyük təhlükə qarşısında olmasına yönəldildi. İnsan ali varlıq kimi təbiəti dəyişməyə qadir olan qüvvədir, həm də bu dəyişikliklərin bəşər üçün faydası olduğu kimi, zərəri də vardır. Şagirdlər iki qrupa bölünərək bu fikirlərin təsdiqi və inkarı ilə bağlı dolğun mülahizələr irəli sürdülər. Dərsdə dahi şəxsiyyətlərin insan haqqında söylədikləri aforistik kəlamlar, şeirlər, atalar sözləri səsləndi. Dərsin sonunda debat iştirakçıları yekdilliklə insanın ali varlıq olaraq gözəlliklər yaratmaq üçün yaranması qənaətinə gəldilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi