Birinci dərslər "Xocalı faciəsi"nə həsr edildi

24 fevral 2017 - ci il tarixində birinci dərslər "Xocalı faciəsi"nə həsr olundu. "Xocalısız 25 il" mövzusunda keçilən dərslər dövlət himninin səslənməsi ilə başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Göstərilən slaydlarda bu qanlı faciənin dəhşətli görüntüləri əks olundu. Şagirdlər Xocalı qətliamı ilə bağlı topladıqları məlumatları təqdim etdilər. Faciəyə həsr olunmuş şeirlər, bayatılar, mahnılar söylədilər. Bu qanlı faciəni əks etdirən əl işləri, rəsmlər sərgiləndi.Şagirdlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ilə tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına olan inam hislərini ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi