Milli - mənəvi dəyərlərimiz

22 fevral 2017 - ci il tarixində məktəbin dördüncü sinif şagirdləri arasında "Milli - mənəvi dəyərlərimiz" mövzusunda intellektual müsabiqə keçirildi. Məktəbdə hal - hazırda təhsil alan 125 nəfər dördüncü sinif şagirdi qrupların hər birində 6 nəfər olmaqla 5 komandaya bölündü.Tədbirdə mərhələlərlə aşağıda göstərilən nominasiyalar üzrə qruplar arasında müsabiqə keçirildi. 1. Azərbaycanın mədəni - tarixi abidələri2. Azərbaycanın milli qəhrəmanları3. Bədii qiraət(şeir)4. Milli adət - ənənələrimiz5. Ayrı - ayrı siniflər üzrə kompozisiyalarŞagirdlərə işgüzar rəqabət, vətənpərvərlik, əməkdaşlıq, intizam, qarşılıqlı dinləmə kimi dəyərlər bir daha aşılandı.Məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova ibtidai təhsil mərhələsinin son pilləsində oxuyan şagirdlərin vətənpərvərlik ruhunda təqdimatlarını yüksək qiymətləndirdi, gələcəkdə milli - mənəvi dəyərlərimizi daha dərindən öyrənməyi və yaşatmağı tövsiyə etdi.Tədbirin sonunda münsiflər heyətinin qərarı ilə ayrı - ayrı nominasiyalar üzrə fərqlənən şagirdlər diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi