Beynəlxalq Ana Dili Günü

21.01.2017 - ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən "Ana dili milli sərvətimizdir" mövzusunda elmi konfrans keçirildi. Konfrans ana dili ilə bağlı hazırlanmış təqdimat ilə açıldı. Məktəbin Azərbaycan dili və tarix müəllimləri tərəfindən çıxışlar dinlənildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı diqqətə çatdırıldı. Şagirdlərin dil haqqında şeirləri, səhnəcikləri çox maraqla izlənildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova bildirdi ki, dilimiz qürur mənbəyimizdir və dövlət rəmzləri qədər müqəddəsdir. Tədbir "Şirin dil" musiqi sədaları altında yüksək əhval - ruhiyyə ilə yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi