Azərbaycan tarixi və etnoqrafiyası

20.02.2017 - ci il tarixində "Azərbaycan tarixi və etnoqrafiyası" adlı tədbir keçirildi. Tədbirin açılış mərasimi Bakıda keçirilən Avropa oyunlarının videoçarxının nümayişi və səhnəyə məşəllərin gətirilməsi, "qaval daşı"nın sədaları altında başlanıldı. Tədbir müddətində Azərbaycanın ən qədim tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı musiqi, səhnələr, şeir, slayd və başqa rəngarəng mədəni - tarixi dəyərlərimiz nümayiş etdirildi. Azərbaycanın ən qədim zamandan müasir dövrə qədər keçdiyi böyük bir tarixi inkişaf yolu müəyyən mərhələlərlə və tarixi faktlarla əks etdirildi. Dövlətimizin mədəni irsimizə və tarixi keçmişimizə verdiyi dəyərlər geniş işıqlandırıldı.Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova "Azərbaycan tarixi və etnoqrafiyası" mövzusunda qoyulmuş nominasiyalara uyğun divar qəzetlərini işləmiş şagirdləri diplomla təltif etdi. Şagirdlərimizə milli - mənəvi dəyərlərimizi, tariximizi dərindən öyrənməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi