Xocalıya qayıdırıq!

Xocalı soyqırımının 32 – ci ildönümü ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinin Tədbirlər Planına müvafiq olaraq fevralın 26 – da məktəb kitabxanasında "Xocalıya qayıdırıq!" adlı tədbir keçirildi. İştakçılara Xocalı soyqırımından bəhs edən elmi kitabların sərgisi təqdim edildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Müəllimlər və məktəbdə qonaq olan ADPU müəllimi Səyyad Əliyev, Azərbaycan xalqının tarixində dərin iz buraxmış soyqırımı hadisələri ilə bağlı çıxışlar etdilər. Tədbirdə çıxış edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocali faciəsini əks etdirən şeir nümunələri və səhnəciklərlə çıxış etdilər.

                Tədbir şagirdlərin "Xocalıya Ədalət!" şüarları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi