Memorial Soyqırım Muzeyində

Fevralın 22 – də  Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şagirdlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət etdilər.

Ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Leyla Quliyeva, mətəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, 7b sinif şagirdləri iştirak etdilər.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması  üçün cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır. Eksponatlar içərisində qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır.

Ziyarətçilər muzeylə tanış olduqdan sonra erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs edən videoçarxa baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi