Sən azadsan, Xocalı!

Xocalı soyqırımının 32 – ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına müvafiq olaraq fevralın 23 – də məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayevanın təşkilatçılığı ilə “Sən azadsan,  Xocalı!” adlı konfrans keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan məktəbin tarix müəllimi Əfsanə Abdıyeva tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilərin XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti  - Xocalı qətliamı haqqında tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırdı. Xocalı faciəsinin ildönümünün hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunduğunu söylədi. Fevralın 26 – da dünyanın bir çox ölkəsində Xocalı faciəsi qurbanlarının xatirəsinin anıldığını qeyd etdi. Son bir neçə ildə isə faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi genişlənməsini vurğuladı. Əfsanə Abdıyeva 2023 – cü il sentyabrın 19 – 20 – də  Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatın nəticəsində separatçılardan təmizləndiyini, Ali baş komandan İlham Əliyevin Azərbaycan bayrağını Xocalıda dalğalandırdığını hər bir azərbaycanlının qürürla izlədiyini söylədi.

Konfransda şagirdlər hazırladıqları kompozisiyaları təqdim etdilər, şeirlər söylədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15 – də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılmasını əks etdirən videoçarx alqışlarla qarşılandı.

Sevda Rzayeva iştirakçılara təşəkkürünü bildirdi və faciə qurbanlarının əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi