Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Məktəbin Fəaliyyət Planına əsasən 30 yanvar 2024 – cü il 22 nömrəli əmrdən çıxarışa müvafiq olaraq Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, İngilis dili fənlərinin tədrisi vəziyyətini öyrənmək və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə fənn aylığı davam edir.
Aylıq çərçivəsində fevralın 23 – də məktəbin Rus dili və ədəbiyyatı müəllimi Sevda İskəndərovanın 7f sinif şagirdləri ilə birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32 – ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” adlı dəyirmi masa keçirildi. Məktəb rəhbərliyi, müəllimlər və şagirdlər ilk öncə məktəbin həyətində Şəhidlərin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər rus dilində “Xocalıya ədalət” filmini izlədilər, şeirlər söylədilər, təqdimatlar nümayiş etdirdilər.
Sonda Fənn müəllimi Sevda İskəndərova 2023 – cü il sentyabrın 19 – 20 – də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalının separatçılardan təmizləndiyini söylədi. Ali baş komandan İlham Əliyevin bu şəhərdə Azərbaycan Bayrağını dalğalandırması ilə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını hər kəsin diqqətinə çatdırdı.