Ana dilimiz – xalqımızın milli mənənəvi beşiyidir
Məktəbin Fəaliyyət Planına əsasən 30 yanvar 2024 – cü il 22 nömrəli əmrdən çıxarışa müvafiq olaraq Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, İngilis dili fənlərinin tədrisi vəziyyətini öyrənmək və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə fənn aylığı çərçivəsində fevralın 21 – də məktəbin akt zalında “21 Fevral Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Ana dili – xalqımızın milli mənəvi beşiyidir” adlı ədəbi – bədii kompozisiya keçirildi. Kompozisiya məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnarə Abbasova, Aytəkin Rzayevanın təşkilatçılığı ilə məktəbin 6a, 7b, 7f və 8b sinif şagirdləri ilə keçirildi.
Tədbirdə məktəbin şagirdləri və xor qrupunun iştirakı ilə dilimizin zənginliyi, axıcılığı, sadəliyi, səlis ahəngi ilə dünyanın ən şirin dillərindən biri kimi müxtəlif bədii kompozisiyalar, musiqilər və səhnəciklərlə təqdim olundu.
Ulu öndər Heydər Əliyevin dilimiz haqqında dəyərli fikirləri, cənab prezident İlham Əliyevin Şuşada keçirilən Zəfər Qurultayında dəyərli çıxışı nümayiş etdirildi.
Sonda şagirdlər Ana dilimizə sədaqət andı içərək dilimizi incəliklərinə qədər öyrənəcəklərinə və öyrədəcəklərinə, həmişə dünyanın bütün dillərindən uca və əziz tutacaqlarına, anaları qədər sevəcəklərinə və əzizləyəcəklərinə söz verdilər.