Keçmişdən bugünə
İnsanı yaşadan, var edən həm də onun öz dilidir. Milli kimliyimiz və varlığımız olan dilimiz bizə keçmiş atalarımızdan mirasdır, əmanətdir. O, həm də milli – mənəvi sərvətimizdir. İnsanın şəxsiyyəti və xarakteri onun dili ilə formalaşır. Dilimizin yaşaması, var olması üçün görkəmli ziyalılarımız illərlə mübarizə aparmış, onu qoruyub dilimizə sahib çıxmışlar. Bu ziyalılarımıza arasına Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və s. kimi böyük şəxsiyyətlər var idi. Onlar ruslaşdırma və ərəbləşdirmə siyasətlərinə qarşı çıxaraq, öz ana dillərini qoruyub gələcək nəsillərə əmanət etdilər. Və düşmənin milli varlığımız olan bu dili unutdurmaq, silmək cəhdləri puça çıxdı.
Biz də bugünün gənc nəsilləri olaraq təhsildə, tədrisdə şagirdlərimizə dilimizin öz əhəmiyyətini daim aşılamış və onları məhz “21 Fevral Ana Dili Günü” münasibəti ilə “Keçmişdən bugünə”adı altında bir yerə yığmışıq.