Ana dili – insanın ruhudur
Məktəbin Fəaliyyət Planına əsasən 30 yanvar 2024 – cü il 22 nömrəli əmrdən çıxarışa müvafiq olaraq Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, İngilis dili fənlərinin tədrisi vəziyyətini öyrənmək və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə fənn aylığı çərçivəsində fevralın 19 – da məktəbin akt zalında “21 Fevral Ana Dili Günü”nə həsr olunmuş “Ana dili – insanın ruhudur” adlı tədbir keçirildi.
Tədbir məktəbin Rus dili və ədəbiyyatı müəllimi Zərifə Aslanovanın təşkilatçılığı ilə 5d və 7d sinif şagirdləri ilə keçirildi. Əsas məqsəd rus bölməsində təhsil alan şagirdlərin Ana dilinə marağının artırılması, nitq bacarıqlarının mükəmməlləşməsi olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlər Ana dilinə aid şeirlər, aforizmlər söylədilər, musiqilər səsləndirdilər. Onların təqdimatındakı səhnəcik alqışlarla qarşılandı.
Tədbirin təşkilatçısı Zərifə Aslanova öz çıxışında Azərbaycanın multikultural bir dövlət olduğunu, burada bir çox millətlər yaşadığını və onların hər birinin dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşıldığını hər kəsin diqqətinə çatdırdı.
Sonda çıxış edən məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva tədbir iştirakçılarına öz təşəkkürürnü bildirdi və öz dilini bilmək, qorumaq hər birimizin borcudur söylədi.