Monitorinq – 3

 Fevralın 19 – da  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbin  VIII – IX  siniflərində Azərbaycan və rus bölmələri üzrə Monitorinq – 3  keçirildi. Eyni monitorinq materialları həm 8 – ci siniflərə, həm də 9 – cu siniflərə təqdim olundu. Monitorinqin keçirilməsində məqsəd 8 – ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 8 – ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.

Material iki variantda, ümumilikdə 85 sual –  tədris dili 30, riyaziyyat 25, ingilis dili 30 sual olmaqla şagirdlərə təqdim olundu. İngilis dili fənnindən dinləmə mətnlərinin səsləndirilməsi təlimata uyğun yerinə yetirildi. Şagirdlər müvafiq zaman müddətində təqdim olunan sualları cavablandırdılar.

Şagirdlər tərəfindən işlənmiş sual kitabçaları öncədən müəyyən edilmiş məsul şəxslərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi