Doğru müəyyən olunmuş hədəf uğurun yarısıdır
Fevralın 12 – də məktəb rəhbərliyinin məktəbin rus dili müəllimləri və rus bölməsinin şagirdləri ilə görüşü keçirildi. Görüşdə məktəbin rus bölməsinin şagirdlərinin birinci yarımil ərzində təşkil olunan müsabiqələrdə əldə etdikləri uğur və nailiyyətlər nəzərdən keçirildi, bu istiqamətdə daha böyük müvəffəqiyyətlərə nail olmaq üçün faydalı tövsiyyələr verildi.
Qeyd edək ki, məktəbin rus bölməsinin V sinif şagirdləri Ayla Aslanova, Heydər İsmailzadə, Elmar Qəmbərli, VII sinif şagirdi Ayla Hüseynova Rossotrudniçestvo – nun Azərbaycandakı nümayəndəliyinin, Bakıdakı Rus Evinin dəstəyi ilə keçirilmiş “Yubiley kitabları və yazıçıları 2023” Respublika layihəsində uğurlu iştiraklarına görə, VIII sinif şagirdləri Zeynəb Daşdəmirli, İrina Həsənova, Salima Sərdarova, Xədicə Sultanova, Ziya Sultanov "Nə? Harada? Nə vaxt?" intellektual oyununda qaliblər sırasında olduğuna görə, X sinif şagirdi Cəmilə Nəsrullayeva Böyük Etnoqrafik Diktantda I yerin qalibi olduğuna görə diplom və hədiyyələrlə təltif olunmuşlar.
Məktəb rəhbərliyi qazanılmış nailiyyətlərə görə müəllim və şagirdlərə təşəkkürünü bildirdi və hər zaman qaliblər sırasında olmalarını arzuladı.