Mütaliə ən yaxşı təlimdir

Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə 9 fevral 2017 - ci il tarixində "Mütaliə ən yaxşı təlimdir" adlı növbəti tədbir keçirildi. Məktəbin 5 - ci sinif şagirdləri tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, maarifçi Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı geniş işıqlandırıldı. Tədbirdə ədibin "Kamança" pyesi, "İki alma", "Quzu", "Poçt qutusu" hekayələri şagirdlərin iştirakı ilə səhnələşdirildi. Şagirdlərin ifasındakı Cəlil Məmmədquluzadənin mənalı, satirik şeirləri valideynlər və müəllimlər tərəfindən maraqla dinlənildi.Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova şagirdlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, gələcəkdə şagirdlərin mütaliə bacarığının inkişaf etdirilməsinin bir ənənəyə çevrilməsini tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi