Məktəb üzrə YAP ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları məqsədi ilə 6 fevral 2017-ci il tarixində YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, 283 № - li tam orta məktəb üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclası giriş nitqi ilə açan Binəqədi rayonu, məktəb üzrə ərazi ilk partiya təşkilatının sədri Məleykə Allahverənova gündəlikdə duran məsələlər barədə məlumat verərək ərazi ilk partiya təşkilatında hesabat dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırdı. İlk öncə YAP-ın yaranma tarixindən, Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən bəhs etdi. İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri - Rəhilə Heydərli, Saday Qasımov sədrin hesabat çıxışına münasibət bildirərək hesabatı qənaətbəxş hesab etdilər və öz təkliflərini irəli sürdülər.Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı. İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edildi. Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət İdarə Heyəti təsdiq edildi, Tünzalə Zeynalova sədr, Məleykə Allahverənova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçildi.İclasın sonunda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov müəllim heyətini salamlayaraq bu görüşdə iştirak etməkdən məmnunluğunu ifadə etdi.Sonda Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə və partiya üzvlərinə öz tövsiyyələrini bildirdi, onlara işlərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi