Narkomaniya ümumbəşəri bəladır!

Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2019 – cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024 – cü illər üçün Dövlət Proqramı”nı həyata keçirmək məqsədilə müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Silsilə tədbirlərin davamı olaraq noyabrın 24 – də məktəbin akt zalında məktəb rəhbərliyinin, məktəbin həkimi, məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın, müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır!” adlı maarifləndirici görüş keçirildi.  

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin həkimi və tibb bacısı şagirdlərlə narkomaniyanın, zərərli vərdişlərin insan sağlamlığına təsiri, yartadığı fəsadlar, narkomaniyanın cəmiyyətdə yaratdığı sosial bəlalar haqqında ətraflı söhbət apardılar. Çıxışlarda istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olundu, şagirdlərə belə zərərli vərdişlərdən uzaq olmaq tövsiyələr edildi.

Sonda şagirdlər maarifləndirici görüş haqqında fikir bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi