Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir

Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2019 – cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024 – cü illər üçün Dövlət Proqramı”nı həyata keçirmək məqsədilə müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.  

Noyabrın 24 – də məktəbin informatika müəllimi Sahilə Muradovanın təşkilatçılığı ilə 8b və 8ç sinif şagirdləri ilə " Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir" adlı dəyirmi masa keçirildi. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Şagirdlər narkotik vasitələr və onların törətdiyi fəsadlar haqqında danışdılar. Hazırladıqları təqdimat və videoçarxları nümayiş etdirdilər. "Narkotiklər bizə nə edə bilər?" sualı altında fikir mübadiləsi  apardılar.  

Məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rzayeva narkomaniyanın cəmiyyətə, insanların həyat və sağlamlığına təhlükəsi və mübarizə yollarından danışdı. Narkomaniyaya qarşı mübarizə həyatımızı, gələcəyimiz olan övladlarımızı, sağlamlığımızı dövlətçiliyimizi qorumağa xidmət etdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi