Bakı Zooloji Parkında

Noyabrın 20 – də məktəbin biologiya müəllimi Nəzakət Məmmədli 6a sinif şagirdləri ilə Bakı Zooloji Parkında təbiət fənnindən ekskursiya – dərs təşkil etdi.

Ekskursiya – dərsin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirmək və məlumatlılıq səviyyəsini artırmaq, əşya və hadisələri onlara əyani surətdə öyrətməkdən ibarət olmuşdur. Eyni zamanda şagirdlərin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafı istiqamətində effektiv təsir gücünə malikdir.

Şagirdlər Zooloji Parkda açıq havada ziyarətçilərə mane olmadan müəllimin müvafiq istiqaməti ilə zəruri informasiyaları topladılar. Topladıqları informasiyalar əsasında “Zooloji Park və oradakı heyvanlar haqqında fikir və hislər”i əks etdirən esse yazmaq tapşırıldı.

Şagirdlər dərs – ekskursiyadan yüksək təəsüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi