“Ekologiya və iqtisadiyyat aylığı” çərçivəsində məktəbimiz öz fəallığı ilə seçildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.Bakı şəhərinin 12 inzibati rayonunun ümumi təhsil məktəblərində “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, müsabiqələr, yarışlar, “Açıq dərs”lər, sərgilər keçirilib, ekskursiyalar təşkil edilib, araşdırmalar aparılıb, məktəbyanı sahədə abadlıq işləri görülüb. Bundan əlavə, bir çox məktəblərdə layihə çərçivəsində kağız tullantıları toplanaraq tullantıların təkrar emalı zavoduna verilib. Yanvar ayının sonunda “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və məktəbimiz də öz fəallığı ilə seçilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi