Sənə Zəfər yaraşır Azərbaycan!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq noyabrın 2 – də məktəbin tarix müəllimi Aynur Fərəcovanın təşkilatçılığı ilə 7ç və 8d sinif şagirdləri ilə “Sənə Zəfər yaraşır Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 44 günlük İkinci Qarabağ müharibəsindəki şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  

Tədbiri giriş sözü ilə açan Aynur Fərəcovanın çıxışı: “8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış tarixi ədalətin bərpa edildiyi zəfər günüdür. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün ərzində davam edən İkinci Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq! Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. 8 Noyabr 2020 – ci il Bu tarixi qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərd tarixinə misli görünməmiş savaş kimi düşdü. Zəfər Günün mübarək Azərbaycan!” tədbir iştirakçıları tərəfindən alışlarla qarşılandı.

Tədbir şagirdlərin hazırladıqları “44 günlük Şanlı Zəfərimiz!” adlı kompozisiya, “Qarabağı azad etdik!”, “Şən Azərbaycan” adlı rəqslər, vətənpərvərlik mövzusunda şeirlərlə, səhnəciklə davam etdirildi. Şagirdlər eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızın təbii ehtiyyatları, fauna və florası, tanınmış simaları haqqında informasiyaları paylaşdılar.

Tədbir “Azərbaycan” kompozisiyası ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi