Şanlı Zəfərimiz
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq noyabrın 1 - də məktəbin akt zalında ibtidai sinif müəllimi Aygün Qarayevanın təşkilatçılığı ilə 4a sinif şagirdləri ilə “Şanlı Zəfərimiz” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.
Şagirdlərin tədbirə giriş ifası olaraq səsləndirdikləri “Bayatı Şiraz” alqışlarla qarşılandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlər hazırladıqları şeirləri söylədilər, mahnıları ifa etdilər, səhnəcikləri təqdim etdilər.
Məktəbin Şəhid məzunu Rəşad Ağayeva həsr olunmuş “Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir!” adlı səhnəcikdə onun keçdiyi nümunəvi, şərəfli döyüş yolu tədbir iştirakçılarına təqdim olundu. 44 günlük Vətən müharibəsində qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu xüsusilə vurğulandı.
Məktəbin direktoru Sevinc Musayeva tədbir təşkilatçılarına, iştirakçılarına təşəkkürünü bildirdi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz bu ildə tamamlanmasını – Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edildiyini, Azərbaycanın müstəqilliyinin, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edildiyini söylədi.
İştirakçılar “Qarabağ” mahnısının sədaları altında tədbiri yekunlaşdırdılar.