3 № - li Pedaqoji Şura iclası keçirildi

30.01.2017 - ci il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq növbəti 3 № - li Pedaqoji Şura iclası keçirildi. İclasda bir neçə məsələlər üzərində məruzələr dinlənildi( 1. 2016 - 2017 - ci tədris ilinin hesabatı və qarşıda duran məsələlər, 2. Sinif jurnallarının işlənmə vəziyyəti haqqında, 3. Fənn olimpiadalarının nəticələri, 4. Təlim - tərbiyə işləri üzrə direktor müavinlərinin hesabatı, 5. I yarımil ərzində Məktəbdənkənar və sinifdənxaric görülmüş işlər haqqında, 6. Ana dili və Riyaziyyat fənn aylıqlarının müzakirəsi). Məruzələrə müəllimlər öz münasibətlərini bildirdilər. İclasın sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova 2016 - 2017 - ci tədris ilinin I yarımili ərzində məktəbdə görülmüş işlər, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr, sərəncamlar və məktəbin qoşulduğu layihələr haqqında geniş məruzə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi