“Zəfərin mübarək, Azərbaycan!”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq oktyabrın 23 – də məktəb rəhbərliyinin iştirakı ilə məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın təşkilatçılığı ilə 2a sinfində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra iştirakçılar məktəbin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Torpaqlarımızı canları, qanları bahasına azad edən şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından qürurla danışdılar və hazırladıqları informasiyaları təqdim etdilər.

  Tədbir şagirdlərin “Azadlığın mübarək Qarabağ!”, “Zəfərin, düşmən üzərində Qələbən mübarək, Azərbaycan xalqı!” şüarları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi