Şanlı Zəfər Tariximiz

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq  məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın iştirakı, məktəbin kitabxana müdiri Sevinc Rəhimova, ibtidai sinif müəllimi Dilrubə Cabbarovanın təşkilatçılığı ilə 4ç sinif şagirdləri ilə “Şanlı Zəfər Tariximiz!” adlı sinif təşkilat saatı keçirildi.

“Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir – Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi", - deyə Dilrubə Cabbarova öz çıxışına başladı. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildiyini, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımızın dalğalandığını söylədi.

Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar, şüarlar səsləndirdilər.

Məktəbin kitabxana müdiri Sevinc Rəhimova məktəbin kitabxanasındakı “44 günlük İkinci Qarabağ müharibəsinə” aid kitablarla şagirdləri tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi