"Şekspir dünyası"

Məktəbin fəaliyyət planına uyğun olaraq xarici dil (ingilis dili) fənninin tədrisinin öyrənilməsi davam edir. 25 yanvar 2017 - ci il tarixində məktəbin ingilis dili müəllimi Sadıxova Arifənin rəhbərliyi ilə XI sinifdə "Şekspir dünyası" mövzusunda açıq dərs keçirildi.Dərsdə şagirdlər Şekspirin sonetlərindən əzbər parçalar söylədilər. Şagirdlər Şekspirin "Kral Lir" və "Hamlet" faciələrindən səhnəciklər nümayiş etdirdilər. Şekspirin həyat və yaradıcılığı yüksək səviyyədə təqdim edildi, Azərbaycan Ədəbiyyatının Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, İlyas Əfəndiyev kimi görkəmli dramaturqları ilə müqayisə edildi. Sonda ümummilli lider Heydər Əliyevin "Mən Azərbaycan gənclərinin Şekspiri İngiliscə, Nizamini Azərbaycanca, Puşkini Rusca Oxumasını istəyirəm" sözləri şagirdlərin diqqətinə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi