Mini – futbol turniri – III yer

Sentyabr 22 – də Bakı Şəhər Gənclər və İdman İdarəsinin(BŞGİİ) Binəqədi rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Binəqədi rayonunda yeniyetmələr arasında 15 Sentyabr – “Bilik Günü”nə həsr olunmuş mini – futbol turnirinin final mərhələsi keçirilmişdir.
Mini – futbol turnirinin nəticəsinə əsasən məktəbin yeniyetmələrdən ibarət komandası 3 – cü yer tutaraq qaliblər sırasında yer almışdır.
Məktəbin komandasını bu qələbə münasibətilə təbrik edir, uğurlar arzu edirik!