Fərqlənmə attestatları

İyulun 17 – də məktəbdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə tam və ümumi orta təhsil kursu üzrə fərqlənmə attestatları təqdim edildi. Eyni zamanda XI və IX siniflər üzrə keçirilmiş buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, fərqlənmə attestatı ilə bitirən şagirdlərin valideynləri məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə dəyərləndirildi.  

Tədbir şagirdlərin məktəbin həyətindəki Şəhidlərin əziz xatirəsinə həsr edilmiş abidənin ziyarəti ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Sevinc Musayeva Fərqlənmə attestatına layiq görülən şagirdləri və onların valideynlərini salamlayaraq təbrik etdi.   

XI sinfi fərqlənmə attestatı ilə 5 nəfər(4 nəfər Azərbaycan bölməsi, 1 nəfər rus bölməsi üzrə) şagird, IX sinfi isə 14 ( 13 nəfər Azərbaycan bölməsi, 1 nəfər rus bölməsi üzrə) şagird başa vurdu.

Valideynlər, şagirdlər məktəbdə keyfiyyətli və sağlam təhsil mühiti yaradılmasına görə məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi