Heydər Babanın nəvələriyik

İyunun 1 – də məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin iştirakı ilə “1 İyun Uşaqların Hüquqlarının Müdafiəsi Günü” münasibətilə “Heydər Babanın nəvələriyik” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlərin təqdimatında səhnəciklər, kompozisiyalar, rəqslər nümayiş olundu, şeirlər səsləndirildi. Eyni zamanda iştirakçıların bir qrupu böyük həvəslə asfalt üzərində rəsmlər çəkdilər. Məktəbin “Bacarıqlı əllər” dərnəyinin rəhbəri, üzvləri mövsümi meyvələrdən müxtəlif desertlər, kokteyllər, şirələr və salatlar hazırlayaraq tədbir iştirakçılarında təqdim etdilər.  

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc Musayeva iştirakçıları “1 İyun Uşaqların Hüquqlarının Müdafiəsi Günü” münasibətilə təbrik etdi və onlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi