"Azadlığa gedən yolun zirvəsi"

"20 Yanvar - Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə bugünkü azadlığımızın səbəbkarları olan, canlarını düşünmədən belə vətən uğrunda fəda verən şəhidlərimizə həsr olunmuş səhnələr, şeirlər, kompozisiyalar təqdim olundu. Tədbirin maraqlı cəhətlərindən biri də faktların, məlumatların, tarixi məqamların eyni zamanda beynəlxalq dil - ingilis dilində verilməsi idi. Bu işdə şagirdlərimizə məktəbin İngilis dili müəllimi Səlimova Pərvanə rəhbərlik etmişdi.Tədbirdə eyni zamanda şəhidlərin ruhu qarşısında diz çökən bir ananın fəryadları hamını təsirləndirdi. Bu təsirli səhnəni şagirdlərlə bərabər bölüşən tədbirin təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəbiyeva Ruhəngizin çıxışı hamının marağına səbəb oldu.Tədbir şagirdlərimizin şəhidlərimizin qanı bahasına əldə olunmuş azadlığımızı daima göz bəbəyi kimi qoruyacaqlarına söz verən andiçməsi ilə başa çatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi