“Kim? Harada? Nə zaman?” intellektual yarış
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəbdə “Kim? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilmişdir. Yarışın keçirilməsndə əsas məqsəd şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanın, Qarabağın zəngin milli mədəniyyətini və tarixini öyrənmək, təbliğ etmək olmuşdur. İntellektual yarış məktəbin rus bölməsinin ibtidai sinif müəllimləri Günay Əşrəfova və Leyla Süleymanovanın təşkilatçılığı ilə 3e və 3ə sinif şagirdləri arasında təşkil olundu. Şagirdlər hər birində 7 nəfər olmaqla Qarabağ və Şuşa komandaları adı altında yarışda iştirak etdilər.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İştirakçılara intellektual yarış və onun keçirilmə qaydası haqqında məlumat verildikdən sonra yarışa start verildi. Komandalara təqdim olunan suallar Qarabağın təbiəti, Şuşanın fauna və florası və Azərbaycanın milli mədəniyyəti və tarixini əhatə etdi. Komandalar müvafiq bölmələr üzrə seçim edərək ayrılan zaman müddətində sualları tez cavablamdırmağa cəhd etdilər.
Məktəb rəhbərliyi hər iki komandaya maraqlı yarış nümayiş etdirdikləri üçün minnətdarlığını bildirərək təşəkkürnamə ilə təltif etdi, qalib komanda kuboka layiq görüldü.
Yarış komandalara azarkeşlik edən həmyaşıdlarının təqdimatında rəqs və musiqi ifası ilə yekunlaşdı.