Əbədi ömrün 100 ili

Mayın 11-də məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əbədi ömrün 100 ili” adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, Azərbaycan Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas, 3 – cü dərəcəli Ədliyyə müşaviri, general – mayor Akif Rəfiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, xüsusi təyinatlı dəstənin şəhid kapitanı Nurlan Mustafayevin anası Rəhilə Mustafayeva, şəhid polkovnik – leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, Təlimə Dəstək Mərkəzinin direktoru Fərzəliyeva Minarə, 115, 276 və 126 nömrəli tam orta məktəbin direktorları, valideynlər, məktəbin müəllim və şagird heyəti iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva tədbir iştirakçılarını salamladı. Sevinc Musayeva Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəbdə görülmüş işlər haqqında məlumat verdi. O, Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd etdi, Ulu Öndərin təhsil sahəsində misilsiz xidmətlərindən danışdı. Ümummilli Lider Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoyduğunu hər kəsin diqqətinə çatdırdı.

Sonra məktəbin şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kompozisiyalar, məktəbin 6 – cı sinif şagirdi Yusifli Əsnadın hazırladığı “Heydər Əliyevin həyat və yaradıcılığı bir şagirdin araşdırmalarında” adlı videoçarx, Ümummilli lider Heydər Əliyevin bütün peşə sahələrinin hərtərəfli inkişafındakı misilsiz xidmətini əks etdirən  səhnəcik, məktəbin xor qrupunun ifası alqışlarla qarşılandı.

Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev və digərləri Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yoluna nəzər salıb, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, bu cür tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov məktəbin direktoru Sevinc Musayevanı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif etdi.

Tədbir, iştirakçıların ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi