"Ekologiya və iqtisadiyyat" şagirdlərin gözü ilə

17 yanvar 2017 - ci il tarixində layihənin yanvar ayı üçün nəzərdə tutulmuş "Ekologiya və iqtisadiyyat" aylığı çərçivəsində nəzərdə tutulmuş coğrafiya müəllimlərinin rəhbərliyi ilə "Ekologiya və iqtisadiyyat" mövzusunda VI, VII, VIII, IX və X sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Şagirdlər "İşğal olunmuş ərazilərin ekoloji vəziyyəti, topxana meşələri və onun təkrar bərpası, ekoloji təsirə məruz torpaqlarımız" və s mövzusunda məruzə və çıxışlar etdilər. Sonda müəllimlər tərəfindən "Ekologiya və iqtisadiyyat" mövzusunda əyləncəli suallar verildi. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova 4 mərhələdən ibarət "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və sağlamlıq" istiqamətində "Ekologiya və iqtisadiyyat" aylığının məktəbdə keçirilməsinin təqdirə layiq hal kimi qeyd edərək şagirdlərə daha çox oxumağı, tədqiqat aparmağı, məktəbin ictimai işlərində fəal olmağı tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi