“Heydər Əliyev ili” – ekskursiya

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə məktəbin ingilis dili müəllimi Rövşanə Musəvinin təşkilatçılığı ilə 7b sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.  Şagirdlər mərkəzdə yerləşən Heydər Əliyev Muzeyində ümummilli liderin zəngin həyat və fəaliyyətini, Azərbaycan xalqının həyatındakı müstəsna xidmətlərini əks etdirən informasiyaları virtual tablolar vasitəsilə izlədilər. Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medalları ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi