Sağlam qidalanma qaydaları və şəxsi gigiyena mövzusunda seminar

13.01.2017 - ci il tarixində məktəbin həkimi Mirzəyeva Ülviyyə və tibb bacısı Daşdəmirova Yeganənin iştirakı ilə "Sağlamlığımızı necə qoruyaq" mövzusunda maarifləndirici söhbət aparıldı. Videoroliklər nümayiş etdirildi. Şəxsi gigiyena qaydaları və onlara düzgün əməl etmək haqqında məruzələr dinlənildi. Məktəbin biologiya müəllimi Tanrıverdiyeva Fatma sağlam qidalanma ilə bağlı çıxış etdi. Mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi