Ustad Şəhriyarın 110 illiyi qeyd olundu

11.01.2017 - ci il tarixində yalnız İranda deyil, bütün Yaxın və Orta Şərqdə məhşur olan ustad şair Məhəmmədhüseyn Şəhriyarın milli ruhlu yaradıcılığına həsr olunmuş "Şəhriyar yaradıcılığı" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər ustad Şəhriyarın "Haqqın səsi", "Şeir və hikmət", "Nişapurda günəş batarkən", "Qardaşım oğlu Huşəngə", "Azərbaycan" poemalarından şeir parçaları söylədilər. " Azərbaycan" poemasında "O tay bu tay fərqi yoxdu, Vətəndi" sözlərini söyləyən şairin heç vaxt ümid və inamını itirmədiyi, Azərbaycan dilinin qadağan olunduğu bir vaxtda yazdığı "Türkün dili" şeirinin indiyədək ən mənalı, ən kəsərli olması dəyirmi masa iştirakçılarının diqqətinə xüsusi olaraq çatdırıldı. Şairin yanıqlı səsi ilə təqdim olunan "Azərbaycan gözəli", "Yar qasidi", "Yalan dünya" şeirləri tədbir iştirakçılarının hər birinin qəlbinə toxundu. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Həsən qızı Zeynalova və tarix müəllimi Camalova Sima mövzu ilə bağlı məruzə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi