"Uğur üçün tədris" layihəsi üzrə təlimlərə start verildi
Beynəlxalq APTİST imtahanının nəticələrinə uyğun olaraq məktəbin ingilis dili müəllimləri səviyyələrə görə 2 qrupa bölünərək 10.01.2017 - ci il tarixində "Dövlət məktəblərində ingilis dilində danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi" (SPEX) layihəsi üzrə təlimlərə başladı. Təlimlər həftədə 2 dəfə, hər təlim 3 akademik saat olmaqla (1 akademik saat 45 dəqiqə) həftənin çərşənbə axşamı və cümə günləri BRITISH COUNCIL təlimçiləri - Həşimova Nəzrin, Əliyeva Nərminə tərəfindən həyata keçiriləcəkdir. Təlim müddətində Speak Out Pearson ELT dərsliklərindən istifadə ediləcək və layihədə iştirak edən hər bir müəllim təlimin sonunda beynəlxalq sertifikatlarla təltif olunacaqdır.