"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" - ingilis dilində

28.12.2016 - cı il tarixində məktəbin ingilis dili müəllimlərinin və şagirdlərin hazırladığı "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı dəyirmi masa keçirildi. Tədbirdə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəylik günü ilə bağlı söylədiyi fikirlər təqdim olunan videolarda öz əksini tapmışdır. Həmrəylik günü ilə bağlı şerlər, məlumatlar söyləyən şagirdlər çıxışlarının sonunda Azərbaycan Respublikasının Bayrağının rənglərini özündə əks etdirən vərəqlərdə İngilis, sinxron olaraq Azərbaycan dilində yazılmış xüsusi təbriklərini dəyirmi masa iştirakçılarına ünvanladılar. Məktəbin tarix müəllimi Camalova Sima həmrəylik gününün tarixi haqqında məruzə etdi. Dəyirmi masanın sonunda məktəbin direktoru Tünzalə Zeynalova bütün iştirakçılara növbəti illərdə də dövlətimizin və onun Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyin və həmrəy olmağın zəruriliyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi