Multikulturalizm – Azərbaycanda həyat tərzidir

26 dekabr 2016-cı il tarixində məktəbdə Multikulturalizm ili çərçivəsində “Tolerantlıq, Multikulturalizm, Həmrəylik” adlı tədbir keçirildi. Tədbirdə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai Humanitar Şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Mətbuat Katibi, 283 №-li tam orta məktəbin məzunu Tofiq Sadıqov, Azxəbər.com saytının baş redaktoru, 283 №-li tam orta məktəbin məzunu Hacıbəy Heydərli, valideyn, müəllim və şagirdlər iştirak etdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tünzalə Zeynalova açdı. Multikulturalizm və adət - ənənələrimiz mövzusunda məruzə etdi. Şagirdlərin ifasında ayrı – ayrı xalqların adətlərini əks etdirən səhnələr, mahnı və rəsmlər təqdim edildi. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva şagirdlərə, kollektivə xoş arzularını bildirdi və müəllifi olduğu kitabları bütün şagirdlərə öz imzası ilə təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi