"Sağlam gələcək naminə birləşək" adlı tədbir keçirildi

22.12.2016 - cı il tarixində məktəbin "Sağlam olaq" klubunun üzvlərinin iştirakı ilə əvvəlki illərdə uğurla həyata keçirilmiş "Sağlam qida - sağlam nəsil", "Sağlam həyat tərzi" adlı tədbirlərin davamı olaraq 2017 - ci il üçün "Sağlam davranış" layihəsinə start verildi. Tədbirdə "Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin(Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.09.2016 tarixli 05-10-7505/16 № - li razılaşdırılmış məktubu) sədri Sevinc Əsgərova, həmin ictimai birliyin layihələr üzrə rəhbəri Xuraman Əsgərova, əməkdar incəsənət xadimi Tahir Əmiraslanov iştirak etdilər. Tədbirdə şagirdlər tərəfindən hazırlanmış sağlam davranışla bağlı səhnəciklər və mahnılar təqdim edildi. "Sağlam olaq" klubunun 11 nəfər üzvü və məktəb üzrə koordinator müəllimlər Hicran Əliyrva, Vüsalə Davudova Milli Təhsil Texnologiya Mərkəzi tərəfindən təşəkkürnamələrlə təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi