“Yollarda təhlükəsiz davranışı öyrənək” adlı intellektual yarış

Dekabrın 16-da Heydər Əliyev Mərkəzində “Yollarda təhlükəsiz davranışı öyrənək” şüarı altında orta ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilib.

Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Yollarda təhlükəsizl davranışı öyrənək” şüarı altında orta ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış keçirildi.

Layihə müxtəlif yaş qruplarından olan yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin edilməsi məqsədilə reallaşır.

İntellektual yarışda Bakı şəhərindəki 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

Üç turdan ibarət yarışda yol hərəkəti qaydaları, avtomobillərin tarixi, nəqliyyat vasitələri, piyadalar və velosipedçilər, avtomobillərin quruluşu və təchizatı, işıqforlar, yol nişanları, yol hərəkəti qaydaları və digər mövzular üzrə suallar səsləndirilib.

Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Münsiflər heyəti yarışın 3 turunun yekununa əsasən 55 komanda arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdirib. Qərara əsasən, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi birinci, 72 nömrəli məktəb-lisey ikinci, 283 nömrəli tam orta məktəb isə üçüncü yeri tutub.

Məktəbin qaliblər sırasında yer tutan komandasını təbril edir, uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi