Elmi konfrans keçirildi

Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım gününə həsr edilmiş "Mənalı ömrün izi ilə" adlı elmi konfrans keçirildi. Konfransda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşı Elçin Muradxanlı, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.Ulu öndərin həyatı, müxtəlif sahələrdə - iqtisadiyyat, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə görülən quruculuq işlərindən danışıldı. Məruzə, çıxış və kompozisiyalardan sonra Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ulu öndərin xatirəsinə həsr edilmiş 5 və 6 - cı sinif şagirdləri arasında idman yarışları keçirildi. Qaliblər diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi