Sən elə bir zirvəsən.......

Dekabrın 12 – də məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən.......” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu öndərin həyat və faəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi.

Şagirdlərin təqdimatında kompozisiyalar, söylənilən şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman və tarix müəllimi Abdıyeva Əfsanə Heydər Əliyevin şərəfli ömür yolundan danışdılar.

Tədbirin sonunda məktəbin direktoru Sevinc Musayeva Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəməsini, Ümummilli liderin söylədiyi  "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq" fikirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi