Sinif rəhbərləri ilə görüş
Dekabrın 2 – də məktəbin akt zalında məktəb rəhbərliyinin fənn metodbirləşmə sədrləri, sinif rəhbərləri ilə görüşü keçirildi. Görüşdə məqsəd tədris prosesinin təşkili və gedişi, məktəbdə psixoloji mühit, şagirdlərin dərsə davamiyyəti, sinif jurnallarının işlənmə vəziyyəti, şagirdlərin məktəbli formasında məktəbə gəlmələrinə nəzarət etmək, sinif kollektivi ilə sistemli işi təşkil etmək oldu. Risk qrupuna daxil olan şagirdlərin sinif rəhbərlərinə daha da diqqətli olmağın zəruriliyi nəzərə çatdırıldı.