"Qunduz" müsabiqənin iştirakçılarına sertifikatlar verildi

2014-ci ilin dekabr ayında Azərbaycan ilk dəfə olaraq "Bebras" (azərbaycanca "Qunduz") beynəlxalq informatika olimpiadasının iştirakçısı oldu. "Qunduz" həftənin çərçivəsində bizim məktəbimizin 76 şagirdi bu müsabiqəyə onlayn qoşuldu. Şagirdlərə oxuduğu sinifdən asılı olaraq tapşırıqlar təqdim edildi və onlar 30 dəq ərzində verilmiş məsələləri həll etməli idilər. Dekabrın 8-də müsabiqənin nəticələri məlum oldu. Hər şagird nəticədən asılı olmayaraq sertifikatla təltif olundu. Müsabiqəni məktəbdə İsayeva Naidə, Murşüdova Aynur və Muradova Sahilə müəllimləri təşkil etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi