"Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" adlı tədbir

29 noyabr 2016 - cı il tarixində məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun məaliyyələşdirdiyi "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" adlı layihə ilə bağlı IX, X, XI sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva şagirdlərə sağlam həyat tərzi, gender bərabərliyi, QİÇS, erkən nigahların yaratdığı problemlər haqqında maarifləndirici məlumatlar vermişdir. Tədbirdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi